Bu ilin ilk yarısında Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 2 636 313 nəfər təşkil edib.
AzVision.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.
Məlumata əsasən turist kimi ölkəyə səfər edənlərin sayı 18,1% artaraq 1 011 680-ə çatıb.
Çoqovadzenin sözlərinə görə, yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+18,1%). İkinci yerdə Türkiyə (+4%), üçüncü yerdə Ermənistan (+1,4%), dördüncü yerdə Rusiya (+15,6%), beşinci yerdə isə Ukrayna (+26,3%) qərarlaşıb. Qeyd edək ki, Azərbaycan bu sahədə ilin əvvəlindən liderdir.