Xəbər verdiyimiz kimi bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər. Baş tutarsa görüşdə Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri də iştirak edəcək.
Politoloq Elxan ŞahinoğluAzNews.az-a prezientlərin gözlənilən görüşünü şərh edib. O, Azərbaycanın siyasi dairələrinin və cəmiyyətinin prezidentlərin Vyana görüşündən böyük gözləntisi olmadığını bildirib: "Çünki, nə Rusiya, nə də digər böyük dövlətlər Dağlıq Qarabağ ətrafındakı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq etmək istəyir. Bu olmadan isə danışıqlarda real nəticə əldə edilməyəcək. 22 ildir davam edən nəticəsiz danışıqlar da buna sübutdur”.
Politoloqun sözlərinə görə, münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür:"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət etməyə çağırmaq və bununla əlaqədar olaraq tərəflərin üzərinə öhdəliklər qoymaqdır. Azərbaycan prezidenti bu öhdəliyi qəbul etməyəcək. Çünki işğal altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Ermənistan status-kvonu qorumağa çalışır, Azərbaycan isə əksinə status-kvonu dəyişmək istəyir. Ona görə də Vyana görüşündən nəticə çıxmayacağı halda yaxın aylarda apreldəki döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq. Cənubi Qafqazda böyük müharibənin qarşısının alınmasının yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bunun alternativi yoxdur”.
E.Şahinoğlu 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı xeyli həll planı irəli sürüldüyünü xatırladıb:"1990-cı illərin ortalarında "mərhələli həll planı”, daha sonra "paket həll planı” irəli sürüldü. Üçüncü bir həll planı da var idi: "ümumi dövlət prinsipi”. Azərbaycan hakimiyyəti "mərhələli həll planı”na razılaşdı. Çünki bu plana görə ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da sonda bu planı qəbul etməyə hazır olduğunu bildirdi. Ancaq Rusiyadakı siyasi və hərbi dairələrin dəstəyi ilə Levon Ter-Petrosyan hakimiyyətdən devrildi. O illərdə Rusiya-Azərbaycan münasibətləri soyuq idi. Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Ona görə də Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa, bu Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Ona görə də Rusiyadakı dairələrin dəstəyi ilə Ermənistanın hazırki və keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar”.
Politoloq sonrakı illərdə irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin "paket həll planı”na Azərbaycanın razılaşmadığını bildirib:"Çünki bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə eyni vaxtda müəyyənləşdirilməli idi. "Ümumi dövlət” prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı. Daha sonra həll planları müxtəlif şəhərlərin adı ilə hallanmağa başladı. Əgər Azərbaycan prezidentləri Parisdə görüşürdülərsə və Fransa prezidenti həll planı irəli sürürdüsə, buna "Paris planı” və ya prezidentlər Kazanda görüşüb, onlara yeni plan təqdim edilirdisə, buna da "Kazan planı” adı verilirdi”.
Politoloq danışıqlar prosesində 2001-ci ilin daha yadda qalan olduğunu vurğulayıb:"Çünki bu ildə Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə Parisdə, bir ay sonra isə ABŞ-ın Ki-Uest şəhərciyində görüşdülər. Əvvəlcə Fransa prezidenti Jak Şirak təşəbbüsü ələ aldı və Parisdə Azərbaycan və Ermənistan prezidentlərinə "həll planı” təklif etdi. Daha sonra Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərini Ki-Uestə dəvət etdi. Burada da bir neçə gün danışıqlar aparıldı. Ancaq hər iki görüşdən nəticə çıxmadı. Çünki, bu planlarda da konkretlik yox idi”.
E.Şahinoğlu əlavə edib ki, sonrakı illərdə təşəbbüs Rusiya hakimiyyətinə keçib:"2011-ci ildə Rusiyanın Kazan şəhərində prezidentlərin görüşü keçirildi. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli fəallıq göstərdi, prezident olduğu müddətdə 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirdi. Bu görüşlərin kulminasiya nöqtəsi Kazanda oldu. Medvedyev Kazanda prezidentlərə konkret "həll planı” təqdim etdi. Bu planda bütün müddəalar Azərbaycanın maraqlarına uyğun idi. Çünki, bu plana görə erməni separatçıları işğal etdikləri bütün əraziləri boşaltmalı idilər. Ancaq statusun müəyyənləşməsini göstərən mexanizm "Kazan prinsipləri”nin kağız üzərində qalmasına şərait yaratdı. Əslində "Kazan prinsipləri” ilə "Madrid planı” (ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında irəli sürülən prinsiplər) və ya "Genişləndirilmiş Madrid planı” arasında böyük fərq yoxdur. Bu planlarda da 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) qısa zamanda, 2 rayonun (Kəlbəcər və Laçın) bir müddət sonra boşaldılması nəzərdə tutulur”.
E.Şahinoğlu hesab edir ki, son illərdə irəli sürülən həll planlarında məsələni mürəkkəbləşdirən nüans yeni statusdur:"Ermənistan hakimiyyəti istənilən sənəddə statusun müəyyənləşdirilməsini nəzərdə tutan referendum tarixinin göstərilməsini istəyir. Bu prinsipə isə Azərbaycan razılaşa bilməz. Rəsmi Bakı statusun müəyyənləşməsinin əleyhinə deyil. Ancaq bundan əvvəl rayonlar boşaldılmalı, qaçqınlar geri dönməli, kommunikasiya xətləri açılmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməsi, məhz bu addımlar atılandan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında müzakirələr başlamalıdır. İrəvan isə bu modelə razılaşmır. Ona görə də 22 ildir danışıqlar nəticə vermir”.