İran parlamentinin 65 deputatı ölkə prezidenti Həsən Ruhaniyə müraciət edilib.
Sabahinfo.az-ın Türkiyə medisına istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri öncəsi edilən müraciətdə qeyd olunur ki, Ərdoğan İranla bağlı səsləndirdiyi fikirlərə görə rəsmi Tehrandan üzr istəsin. Deputatlar Ruhanidən Ərdoğana bu barədə "sərt xəbərdarlıq" edilməsini tələb edir.
Xatırladaq ki, Türkiyə prezidenti ərəb ölkələrinin Yəmənə qarşı birləşməsini dəstəkləmiş və İran hökumətinin bu birliyə qarşı çıxmasını sərt şəkildə tənqid etmişdi.
Qeyd edək ki, Ərdoğan İrana sabah səfər edəcək.