“İRƏLİ” İctimai Birliyi “SAY: Volunteering Festival” layihəsinə start verir

"İRƏLİ” İctimai Birliyi "SAY: Volunteering Festival” layihəsinə start verir. "İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – "Volunteering Festival” layihəsinə start verir. SAY hərəkatının dördüncü fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin təbliği , onlara gələcəkdə təsiri haqqında məlumat əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər nəzərdə tutulur.

Azərbaycanın Avropanın ən böyük tədbirlərinə ev sahibliyi zamanı könüllü olaraq qoşulan İRƏLİ təşkilatının sıralarından minlərlə gənc bu prosesdə yaxından iştirak etmişdir. 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan BAKU2017 İslam Həmrəylik Oyunlarında da könüllü fəaliyyətinə qoşulan gənclər olacaqdır. Support of Azerbaijan Youth (SAY): Volunteering Festival layihəsinin əsas məqsədi – Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə sağlam gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclərin şəxsi inkişafına nail olmaqdan ibarətdir. Gənclərdə olan özünə inam hissini artırmaq, dostları artırmaq, yeni ünsiyyət üçün tanışlar, maraqlı vaxt keçirmək də daxildir. Bir könüllü olmağın ən gözəl tərəfi qarşılıq gözləmədən xidmət etməkdir və bu aşılanacaq. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkən gənclər zamanla bu çətinliyi enməyi bacaracaq.