İraqda edam edilmiş prezident Səddam Hüseynin "sağ əli” hesab edilən üsyançı lider İzzət İbrahim Duri Ərbil vilayətinin Hamrin dağlarında öldürülüb. Apa-nın məlumatına görə, bu barədə BBC məlumat yayıb. Duri aktiv şəkildə İŞİD-i dəstəkləyən "Ən-Nəxşbəndi döyüşçüləri ordusu”na rəhbərlik edib.
Duri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən devrilən və İraq məhkəməsinin qərarı ilə 2006-cı ildə edam edilən keçmiş prezidentSəddam Hüseynin varisi hesab olunub.
Xatırladaq ki, son həftələr "İslam dövləti”nin Ərbil, Babil, Bağdad və Kərkük vilayətlərində mövqeləri zəifləyib.