İstanbulda İŞİD-ə qarşı antiterror əməliyyatı keçirilir. Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Əməliyyat çərçivəsində saxlanılanların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, açıqlanan son məlumatlarda İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 42 nəfərin öldüyü, 239 nəfərin isə yaralandığı bildirilir. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.