"Bu il azərbaycanlılar əvvəlki illərdən fərqli olaraq xaricdə yox, ölkə daxilində istirahətə üstünlük verəcəklər”.
"Bir çox insanlar məzuniyyətlərini yay aylarında götürürlər. Bu, artıq bizdə ənənə halını alıb. Amma bütün dünyada fərqli mənzərə müşahidə edilir. İnsanlar bütün fəsillərdə məzuniyyətə çıxırlar. Azərbaycanda yay yaxşı keçdiyi üçün, Bakı isti olduğundan insanlar daha sərin yerlərə, çimərliklərə axışırlar. Ümumiyyətlə, builki trend belədir ki, insanların ölkəmizdə istirahət etməsi ehtimal olunur.
Manatın avro və dollara qarşı dəyərinin aşağı düşməsi fonunda insanların xarici ölkəyə getməyindənsə, ölkə daxilində istirahət etmələri iqtisadi baxımından daha sərfəli görsənir. Ölkə daxilində yüksək standartlara cavab verən 5 ulduzlu otellər var. Bundan əlavə ev kirayəsinə də müraciət etmək olar. Xüsusilə kəndlərimizdə istirahət etmək perspektivli yüksəkdir. Çeşid rəngarəngdir, bu isə insanların zövqü və imkanlarından asılı olacaq”.
E.Aslanov qeyd edib ki, istirahət fəslində turizm yerlərində yer tapmaq çətin olacaq: "Azərbaycanda turizm mövsümü vaxtı otellərdə qiymətlər nisbətən artıb. Bu il xaricə getmək istəyənlərin az olacağını düşünsək, o zaman istirahət mərkəzlərində qiymətlərin artacağını əminliklə deyə bilərik. Yay mövsümündə 3,5- 4 milyon insan yaşadığı ərazini tərk edir. İnsanların bir qismi regionlara axışırsa, bir qismi də qonşu ölkələrə gedir”.
Turizm eksperti qeyd edib ki, regionlarda iyul, avqust aylarında nəinki otellərdə, kirayə evlərdə yaxşı yer tapmaq çətin olacaq.