İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Müvəqqəti Saxlanma Yerində monitorinq keçiriblər.
Komitənin mətbuat katibinin redaksiyamıza verdiyi xəbərə görə, müvəqqəti saxlanılma yerində su daimi olur, havalandırma sistemi normaldır, təmizliyə ciddi riayət olunur.
Monitorinq zamanı bir neçə təqsirləndirilən şəxslərlə-yeniyetmələrdən: Heydərov Emin Əli oğlu və Rzayev Eyvaz Rəfael oğlu ilə, orta yaşlılardan-Məmmədov Mehman İbrahim oğlu, Şahbazov Elxan Lətif oğlu, Verdiyev Zakir Əjdər oğlu və digərləri ilə görüşüb söhbətlər aparıblar.
Təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanılma yeri ilə bağlı heç bir irad və şikayətlərinin olmadıqlarını bildiriblər.
Yavər Nuruyev
Hüquqşünas, Komitənin baş eksperti