Nazarbayev yenidən Qazaxıstanın prezidenti seçildi

Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev aprelin 26-da keçirilmiş növbədənkənar prezident seçkilərində 97,7 faiz səslə qələbə qazanıb.

Bu barədə Qazaxıstan MSK-nın məlumatında bildirilir.

İlkin məlumata görə, onun rəqibləri Abelqazi Kusainov 0,7, Turqun Sızdıkov isə 1,6 faiz səs toplayıblar.

Son məlumatlara görə, seçici fəallığı 95,22 faiz olub.