Nazirlik qardaşını öldürən şəxslə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Neftçala rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

Sabahinfo.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.