Putin: "Türkiyə Rusiyadan üzr istəyib"

"Türkiyə Rusiyadan üzr istədi, hazırda tərəflər münasibətlərin düzəlməsi üçün addımlar atır".

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.


Rusiyanın xarici ölkələrdəki səfirləri ilə keçirilən görüşdə çıxış edən V. Putin dünən Türkiyə prezidenti ilə aralarında telefon danışığına toxunub: "Ankara Rusiyadan üzr istəyib. İki ölkə arasında münasibətlər yenidən qurulacaq. Yaxın vaxtlarda Moskva ölkələr arasında ikitərəfli əməkdaşlığın bərpa olunması üçün tədbirlər görəcək".