"Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Macarıstan mediasında Azərbaycanın maraqlarının müdafiəsi” layihəsinə yekun vurub.
Layihə rəhbəri Ədil Ədilzadə yekun işlərlə bağlı Sabahinfo.az-a bildirib ki, 3 ay müddətində davam edən layihə çərçivəsində Azərbaycanda həyata keçirilən uğurlu siyasətlə bağlı yazılar marac KİV-lərində yayımlanıb: "Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla sıx mühüm əhəmiyyət kəsb edir. Avropa Şurası, ATƏT və digər təsissatlarda təmsilçilik qazanan Azərbaycanın bu uğuru təbii ki, birmənalı qarşılanmır. Zaman-zaman sözügedən qurumların nümayəndələri ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyinin şahidi olmuşuq. Azərbaycanda olan əlaltıları sayəsində məlumatlanan avropalı diplomatlar beynəlxalq tribunalarda ölkəmizi gözdən salmağa çalışırlar. Təbii ki, burada erməni lobbisinin də izi var. Məhz bu kimi halların qarşısını almaq üçün beynəlxalq mediada Azərbaycan maraqlarının müdafiəsinə ciddi ehtiyac var. Layihə çərçivəsində Azərbaycanın xarici siyasəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər və digər məsələlərlə bağlı 10 yazı hazırlanacaq, yazılar macar dilinə tərcümə olunaraq Macarıstan KİV-lərində işıqlandırılıb”.
Ə.Ədilzadə onu da bildirib ki, layihənin məqsədi Beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiə edən məlumatların yayımını təşkil etmək, bu yolla ölkəmizə qarşı aparılan ikili standartların qarşısını almaqdır. Layihə rəhbəri qeyd edib ki, çap olunan məqalələr Macarıstan ictimayyətində Azərbaycanla bağlı geniş fikir formalaşdırıb. Eyni zamanda çap olunan məqalələrin geniş yayımı təşkil olunub.