"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə rəqib barədə fikirlərini bildirib.
- Rəqibin çox güclü baş məşqçisi var. Ustalıq səviyyəsi yüksək olan oyunçulara malikdirlər. Onların səhv etməsi az olur. Həddindən artıq oyun intizamı yüksəkdir. Onların əsas üslubu odur ki, rəqibə öz futbolunu oyamağa imkan verməməkdir. Biz çalışacağıq öz oyunumu oynaq. Buna nə dərəcə nail olacağımızı görəcəyilk. Müdafiədə çox güclüdürlər. Bu baxımdan bir nömrədirlər. Əsas odur ki, top bizdə olsun. Çətin olacaq.
- Azərbaycan kimi ölkə üçün "Qarabağ"ın hədəfi hara qədərdir?
- Hədəfimiz yaxşı mübarizə aparmaqdır. Bu komandaya qarşı ilk növbədə, mübarizə aparmalıyıq. Öz azarkeşlərimiz qarşısında oynayırıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə, müqayisə aparsaq, rəqib bizdən üstündür. Lakin biz də hər matçda yaxşı nəticə əldə etmək inamı ilə çıxırıq.
- "İnter"lə görüşdə 2 qol vuran Dino Nlovu meydandan zədəli çıxdı. Onun durumu necədir?
- Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiniz, ya Ramil Şeydayevə?
- Asan heç nə yoxdur. Həmişə çətinlik olan yerdə uğur daha çox olur. Bu yerə gəlib çıxana qədər nələrdən keçmişik. Birdən-birə 60 min adama nəzarət etmək də asan iş deyil. Özü də "Roma” ilə oyun günü yağışlı hava hökm sürürdü. Mən çətinliklərdən sonra nəsə əldə edəndə zövq almışam. Klubun baş məşqçisi olaraq, heç bir azarkeşdən narazı deyiləm. Hər şeyi, o cümlədən ölkəmizdəki durumu nəzərə almalıyıq. Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik. Dünyanın hər yerində azərbycanlılar bu görüşü izləyəcəklər. Hamı bilməlidir ki, futbolçular daha çox azarkeş önündə oynayanda daha məsuliyyətli olurlar.
- "Qarabağ”ın heyətində "Roma” və ya "Atletiko”da çıxış edəcək səviyyədə futbolçu varmı?
- Gəlin, özümüzü aldatmayaq. Hazırda elə bir oyunçumuz yoxdur. Bu, təkcə futbolçularla bağlı deyil. Belə böyük klublar daha böyük çempionatlardan futbolçu axtarırlar. Bu gün bizim çempionatımız o səviyyədə deyil ki, onunla maraqlanıb, burdan futbolçu seçsinlər. "Atletiko” və "Roma” kimi komandalara qarşı illərlə oynasaq, mövsüm ərzində 50-60 belə oyun keçirsək, onda futbolçularımıza maraq daha çox olar. Bizdə futbol mentaliteti hələ o səviyyədə çatmayıb ki, ayrı-ayrılıqda hər oyunçumuz Avropada çıxış etmək istəsin. Kənara çıxan 1-2 futbolçumuz öz oyunu ilə diqqəti cəlb etməli, digər futbolçularımızın da yolunu açmalıdır.