3 ildir ki, iflic olduğu üçün yatağa məhkum olan Xalq artisti Ramiz Əzizbəylidən xəbər var.
Bir müddət əvvəl diqqətsizlikdən şikayətlənən xalq artisti indi dost-tanışın ona tez-tez baş çəkdiyini bildirib:"Sənət yoldaşlarım məni indi tək qoymur. Tez-tez baş çəkirlər. İflic olduğum üçün hərəkət edə bilmirəm. Lakin sağ olsunlar, darıxmağa qoymurlar. Hərdən hansısa filmdə çəkilmək üçün dəvətlər gəlir, lakin səhhətim imkan vermir. Ev şəraitində müalicə olunuram. Dərmanlar qəbul edirəm. Ən əsası isə, idmanla məşğul oluram”.
Xatırladaq ki, R.Əzizbəylinin ayaqları 2013-cü ilin yay aylarında tutulub. Uzun müddət müalicə olunsa da, xalq artistinin ayaqlarının hərəkəti bərpa olunmayıb.
AzNews.az