Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı müzakirələri təxirə salıb.
Sabahinfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, prezidentin iş proqramındakı sıxlıqla əlaqəlidir.
Prezidentin tarixçilərlə görüşü aprelin 21-də baş tutmalı idi.
Bundan əvvəl bildirilmişdi ki, R.T.Ərdoğan 1915-ci il hadisələrini tarixçilər və ictimai xadimlərlə müzakirə etmək niyyətindədir.