Rəfael Cəbrayılov: "Hadisə baş verəndən 3 saat sonra Şirvanda idim"

46 saylı Şirvan şəhər Seçki Dairəsinin deputatı Rəfael Cəbrayılov Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya (təmizləmə) sahəsində baş vermiş partlayışla bağlı Adalet.az-a danışıb.

Millət vəkili qeyd edib ki, hadisə baş verəndən 3 saat sonra Şirvanda olub. Hazırda da rayondadır. Bu müddət ərzində hadisə zamanı xəsarət alanlara baş çəkilib. Hadisə zamanı həlak olanların dəfn mərasimində iştirak edilib: "Hadisə Araz zavodunun uzolyasiya sexində baş verib. Həmin sex zavoddan 1-2 km-lik məsafədə yerləşir. Sexdə mərmilərin ləvğ olunması prosesi həyata keçirilir. Dünən baş verən partlayışla əlaqədar olaraq dərhal rayona gəlmişəm. Hadisə nəticəsində yaralanlara baş çəkmişəm. Bugün isə hadisə zamanı həlak olan
Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızınındəfn və yas mərasimində iştirak etmişəm. Onu da bildirim ki, hadisədə yaralananlarla Müdafiə Sənayesi Naziri Yavər Camalovla birlikdə şəxsən özü nəzarət edir. Onlara hər cür tibbi yardım göstərilib”.

Deputat Rafael Cəbrayılov ona qarşı səsləndirilən fikirlərə cavab olaraq bildirmişdir ki, mən hal-hazırda da Şirvanda hadisə yerindəyəm. Ancaq təəssüflər olsun ki, bəzi insanlar şou yaratmaq və "reytinq" qazanmaq xatirinə qeyri-obyektiv yazılar dərc edirlər.