İran ordusu regionda sülhün bərqərar edilməsinə çalışır. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani ölkənin Ordu Gününə həsr edilmiş tədbirdə çıxış edərkən deyib.
O, qeyd edib ki, regionda nifaq salmaq və ya Yəməndə müdafiəsiz uşaq və qocalara hücum etmək əvəzinə İran ordusundan bir çox şeyləri öyrənmək lazımdır: "Niyə digər xalqlara dostluq, qardaşlıq və sülh əlinizi uzatmırsınız? Suriya və İraqda terrorçulara maliyyə dəstəyi nə anlama gəlir?"