Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.
Bu barədəAzVision.azerməni KİV-nə istinadən xəbər verir.
Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib. Qanun layihəsinin parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.
Qeyd edək ki, bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmiş oldu.
Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb.
Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.
Sözügedən layihə Ermənistanda kütləvi etirazlara səbəb olub. Ermənilər küçələrə çıxaraq Rusiya əleyhinə etirazlarını bildiriblər.