Serbiya prezidenti Tomislav Nikoliç "Bakı-2015" I Avropa Oyunlarınınn açılış mərasimində iştirak etməyi planlaşdırır.
Trend bu barədə diplomatik mənbəyə istinadən xəbər verir.
Avropa Oyunlarının təntənəli açılış mərasimi iyunun 12-də baş tutacaq.
Mənbənin sözlərinə görə, Bakıya səfəri çərçivəsində T.Nikoliçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri gözlənilir.
Serbiya prezidentinin Azərbaycana bundan əvvəlki səfəri 2013-cü ildə baş tutub.