Şeyx Abdulla Gül ilə görüşüb

Mayın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci Prezidenti Abdullah Güllə görüşüb.


QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə Allahşükür Paşazadə Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşdirilməsində Abdullah Gülün səylərini yüksək qiymətləndirib. Üçüncü Qlobal Bakı Forumunda Türkiyənin nüfuzlu dövlət xadiminin iştirakının önəmini vurğulayan QMİ-nin sədri bunu türk-İslam birliyinin ümumi mənafeləri baxımından dəyərli hal kimi səciyyələndirib.

Abdullah Gül Allahşükür Paşazadə ilə Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və onun iki qardaş ölkə arasında dini-mənəvi əlaqələrin inkişafı üçün mühüm səylər göstərdiyini vurğulayıb.