Bu günlərdəAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondununmaliyyə dəstəyi ilə həyata keçirilən"Siz tək deyilsiniz!Biz sizinləyik”layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə Dəyirmi Masa keçirilib, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılıb, bu yönümdə qarşıda olan problemlər aşkarlanıb.
Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edərək, qonaqları salamlayıb və layihə haqqında məlumat verib ki,"Siz tək deyilsiniz! Biz sizinləyik”layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub.
Layihənin əsas məqsədi uşaq evlərində, internatlarda yaşa¬yan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Layihə eyni zamanda maarifləndirmə missiyasına da malikdir.
Layihə müddətində biz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nümayəndəsinin, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının iştirakı ilə 6 dəfə Dəyirmi Masa keçiriləcək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılacaq, bu yönümdə qarşıda olan problemlər aşkarlanacaq, eyni zamanda problemlərin həll yolları göstəriləcək. Layihə çərçivəsində hazırlanmış və çap olunmuşSİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK!kitabı valideyn¬lərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsi işini asanlaşdıracaq və bu sahədə görülən işlərə layiqli töhfə verəcəkdir.