Keçmiş "Sovetski” məhəlləsində yerləşən və tarixi abidə hesab edilən binalardan biri sökülür.
Belə ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında tarixi əhəmiyyətli olan arxitektur binanı sökmək istəyirlər. Ev sahibi evindən çıxmayaraq, söküntünün qarşısını almağa çalışır.
Musavat.com saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ev sahibləri razı olmasalar da, binanı sökməyə çalışırlar. Tarixi binanın üzərində olan tarixi naxışları kəsib, aparmaq istəyirlər. Həmin naxışları muzeyə qoyacaqlarını deyirlər.
Sakinlər də bunun yalan və mənasız addım olduğunu bildirirlər. Ərazidə polis və icra hakimiyyətinin nümayəndələri var.
*****
Əməkdaşımızın verdiyi son məlumata görə, sakinlərin israrlı etirazlarına rəğmən binanın üzündəki tarixi naxışları artıq qopartmağa başlayıblar. İcra hakimiyyəti nümayəndələrinin dediklərinə görə, qoparılan naxışları muzeyə qoyacaqlar.
Musavat.com