Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqımızın inkişaf yoluna daim nur
çiləyir. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq
Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha
da möhkəmləndirəcəklər.
Heydər Əliyevin rəhbərliyi altında işləmək, onun yaratdığı idarəetmə məktəbinin müdavimi olmaq
böyük səadətdir. Belə səadətə nəsib olduğum üçün Tanrıya minnətdaram. Həyatımızın elə bir sahəsi yox idi ki,
bu dahi insan onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək, meliorasiya və
irriqasiya işlərini. Ölkəmizdə bu sahəyə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq,
meliorasiya və irriqasiya işlərinin inkişaf edərək, geniş miqyasda vüsət tapması 1969 – 1982-ci illərə, yəni
unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.
Həmin illərdə cənab Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su
təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmitədqiqat,
layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını
bölüşdürən, tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və çoxsaylı su tutar
anbarlardan ibarət etibarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış, ölkədə suvarılan torpaqların
ümumi sahəsi 1,5 dəfə artmışdır.
Ötən əsrin 70-80-ci illərində meliorasiya və su təsərrüfatı sahəsinə 2 dəfədən çox vəsait qoyulmuş, min
kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, geniş həcmli nasos stansiyaları, hidroqovşaqlar,
ümumi tutumu 3 milyard kubmetr olan su anbarları və sair tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi
2 dəfədən çox artmış və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma
əkinçiliyinin mədəniyyəti daha da səlisləşmiş, onun səmərəsi nəzərə çarpacaq dərəcədə artmışdır.
Böyük öndərin uzaqgörən siyasəti sayəsində ölkədə elə təsərrüfat sistemi yaradılmışdır ki, orada su
çatışmazlığından gileylənmək bəhanədən başqa bir şey deyildi. Meliorasiya və su təsərrüfatının inkişaf
etdirilməsi sahəsində 1970-ci ildən başlayaraq cənab Heydər Əliyevin göstərişləri əsasında həyata keçirilən
tədbirlər respublikada kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlərin əsasını təşkil etmişdir.
1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə
artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə olmuşdur.
Heydər Əliyev Moskvada, İttifaq rəhbərliyində işləyərkən belə, respublikanın meliorasiya və su
təsərrüfatı sahəsinə öz qayğısını əsirgəməmiş, bu yöndə işlərin gedişinə daim nəzarət etmiş və dəyərli köməklik
göstərmişdir. Məhz həmin dövrdə onun fəal müdaxiləsi hesabına ölkəmiz üçün son dərəcə vacib sayılan Baş
Mil-Muğan kollektorunun yenidən qurulmasının, Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının,
Şəmkir magistral kanalının və onlarla digər vacib obyektlərin tikintisinin taleyi müsbət həll edilmişdir.
Lakin bu dahi insanın vəzifədən kənarlaşdırılması nəinki Azərbaycana, o cümlədən keçmiş SSRİ-yə
böyük bəlalar gətirmişdir. Milli zəmində başlanan qanlı münaqişələr bütün dünyada söz sahibi sayılan nəhəng
bir dövlətin əsaslarını laxlatmış, iqtisadiyyatını tənəzzülə sürükləmişdir. Bunu biz respublikamızda daha çox
hiss etmişik. O vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi və şəxsən bizim sahəyə laqeyd münasibəti, aparılan
işlərin sürətinə və həcminə mənfi təsir göstərmiş, meliorasiya və su təsərrüfatına qoyulan kapital heçə
endirilmiş, irriqasiya sistemlərinin istismarına ayrılan büdcə vəsaiti ildən-ilə azaldılmışdır.
Nəticədə mühüm dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərinin saxlanılması, istismarı,
təmir-bərpası xeyli çətinləşmiş, daxili təsərrüfat subyektlərinin əksəriyyəti yararsız hala düşmüş, unikal şəkildə
qurulmuş qapalı drenaj sistemləri və dəmir-beton növlü suvarma kanalları baxımsızlıq üzündən sökülüb
dağılmışdı. Xoşbəxtlikdən belə vəziyyət çox uzun sürmədi. 1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu
Heydər Əliyev ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı.
Cəmi iki il əvvəl müstəqillik qazanmış Azərbaycan Respublikası həmin vaxt çox təhlükəli bir vəziyyətlə
üz-üzə dayanmışdı. Ölkədə, demək olar ki, vətəndaş müharibəsi başlanmışdı. Separatçı qüvvələr hərəkətə
gəlmiş, respublikanın şimal və cənub bölgələrində, sözün əsl mənasında, hərki-hərkilik, özbaşınalıq yaranmışdı.
İqtisadiyyat tam iflasa uğramış, Vətənimizin varı-dövləti hərraca qoyulmuşdu. Bax, belə bir gərgin, müşkül
vəziyyətdə hakimiyyətə qayıdan Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, həyatının qalan hissəsini xalqına
qurban verir.
216
Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını şərəflə həyata keçirən Heydər Əliyev fəaliyyətə
başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı kompleksində də böhranlı vəziyyət hökm
sürürdü, böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına
düşmüşdü, sahənin fəaliyyətinə ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki,
dövlətçiliyin bütün incəliklərini dərindən bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.
Ümummilli liderimizin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv
olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa
olundu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf
istiqamətləri müəyyənləşdirildi. Sahənin əhəmiyyətini yaxşı bilən Heydər Əliyevin göstərişləri əsasında
respublikaya gələn xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.
1993-cü ildə, ölkədə mürəkkəb siyasi durum, iqtisadi böhran, müharibə şəraiti, qaçqınlar problemi və
üstəlik vətəndaş qarşıdurması təhlükəsi hökm sürən bir dövrdə ulu öndər bir çox maneələrə baxmadan, heç
nədən çəkinmədən, cəsarətlə xalq təsərrüfatında islahatların aparılmasını təkidlə tələb etdi və onun həyata
keçirilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi
bəyan olundu. Bununla əlaqədar aqrar sahədə başlanan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da
bazar münasibətlərinə uyğun işlərə start verildi. İlk növbədə, islahatların normativ-hüquqi bazası yaradıldı. Birbirini
təkrarlayan səmərəsiz strukturlar ləğv olundu, bazar iqtisadiyyatının tələblərinə uyğun daha çevik
fəaliyyət göstərə biləcək yeni qurumlar yaradıldı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər
Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən
törədilən əngəllərə baxmayaraq az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas sərvətimiz sayılan yanacaq
ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il
müddətinə "Əsrin müqaviləsi” bağlandı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan
açıldı.
MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında” Qanun
qəbul edildi. Bundan iki il sonra "Azərbaycan Respublikasının Su Məcəlləsi”, daha sonra isə "Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında müvafiq normativ-hüquqi
sənədlər hazırlanıb təsdiq edildi. Bunu xüsusi vurğulamaq istəyirəm ki, şəxsən cənab Heydər Əliyevin
təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan Respublikasının Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin
tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.
Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması
üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi
sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqamətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət
formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələrini
rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət istiqamətləri yeni
şəraitə uyğunlaşdırıldı.
Keçmiş kolxoz və sovxozların balansında olmuş daxili təsərrüfat obyektlərinin yenicə yaradılan
fermerlər tərəfindən saxlanılmasının və istismarının mümkünsüzlüyünü nəzərə alaraq, onların Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin balansına verilməsi barədə qəbul edilən qərar ulu öndər Heydər Əliyevin respublikada
sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsərrüfatdaxili suvarma sistemlərinin
dövlət himayəsinə götürülməsi onların tamamilə məhv olunması təhlükəsini aradan qaldırdı.
Ulu öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatına yönəldilən xarici investisiyaların
səmərəliliyini təmin etmək məqsədilə, tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm
əhəmiyyət kəsb edən 11 obyekt seçilərək onlarda üçünün – Baş Mil-Muğan kollektorunun tikintisinin, SamurAbşeron
suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının inşasının birinci
növbədə maliyyələşdirilməsi qərara alındı. İslam dünyasının Heydər Əliyevə böyük hörmətinin və ehtiramının
təzahürü kimi İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə
güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin hazırlanmasına əvəzsiz
olaraq vəsait (qrant) ayırdı.
Mən bu yazıda ulu öndərimizin şəxsi təşəbbüsü, yaxından köməkliyi ilə Samur-Abşeron suvarma
sisteminin qurulması, ölkə ərazisindəki çaylarda sel və daşqın sularının axıdılması istiqamətində geniş miqyaslı,
mühafizə tədbirlərinin həyata keçirilməsi, eləcə də meliorasiya və su təsərrüfatında bir sıra iri həcmli işlərin
reallaşması ilə bağlı çoxsaylı faktlar sadalaya bilərəm.
Ümumiyyətlə, Azərbaycanda meliorasiya və su təsərrüfatı sistemində son dərəcə vacib olan nəhəng,
dəyərli layihələrin reallaşdırılması ilə məşğuluq. Bütün bu işlər müdrik və uzaqgörən rəhbər, qüdrətli tarixi
şəxsiyyət, dünya miqyaslı siyasətçi, xalqımızın unudulmaz oğlu Heydər Əliyevin diqqət və qayğısı sayəsində
217
mümkün olmuşdur. Biz iftixarla deyirik ki, Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, onun inkişaf
konsepsiyasının, meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş
diqqətəlayiq nailiyyətlərin müəllifi, həm də təşkilatçısı möhtərəm Heydər Əliyevdir.
Azərbaycan Respublikasının tərəqqisinə ömrünün 34 ilini həsr etmiş Heydər Əliyev demişdir:
"Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Ümummilli liderimizin bu tövsiyəsi meliorasiya və su təsərrüfatı kompleksi kollektivlərinin başlıca fəaliyyət
proqramıdır. Biz həmin proqrama daim sadiq qalacağıq. Heydər Əliyev ideyalarının, bu müqəddəs insanın bizə
miras qoyub getdiyi siyasət kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev əmin ola bilər ki,
respublikanın melioratorları və su təsərrüfatı işçiləri bundan sonra daha səylə çalışacaq, yeni ildə qarşıda duran
vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.
Unudulmaz öndərimiz Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm işlər xalqımıza həmişə xeyir-bərəkət
gətirmişdir. Onun qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir. Prezident kimi fəaliyyət
göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyevin siyasi
kursunun ən layiqli davamçısıdır. Bunu möhtərəm dövlət başçımızın hazırkı fəaliyyəti də aydın göstərir. Mən bu
fəaliyyətin meliorasiya və su təsərrüfatı ilə bağlı bəzi məqamlarını diqqətə çatdırmaq istərdim. Belə ki,
meliorasiya və su təsərrüfatı sahəsində diqqət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də
uğurla davam etdirilməkdədir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr ölkə
Prezidentinin yaxından köməkliyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırda
uğurla həyata keçirilir. Ötən müddət ərzində Baş Mil-Muğan kollektorunun, Samur-Abşeron kanalının baş
qurğusunun və 50 kilometrlik hissəsinin bərpası, Xanarx kanalının tikintisi, Vayxır su anbarının, Yuxarı Mil
kanalının 4,23 kilometrlik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış
məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbledici qurğunun və kanalın
tikintisi başa çatdırılmışdır.
Möhtərəm İlham Əliyev 2004-cü ilin iyul ayında Quba-Xaçmaz bölgəsinə səfəri zamanı Samur-Abşeron
kanalının yenidənqurulması kompleksində həyata keçirilən tədbirlərlə tanış olarkən, bu işlərin gedişindən razı
qalmış və onların gələcəkdə uğurla davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Dövlət başçımızın
sədrliyi ilə 2005-ci ilin sentyabrın 1-də respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və
perspektiv layihələrlə bağlı keçirilmiş müşavirədə verdiyi tapşırığa əsasən "Samur-Abşeron suvarma sisteminin
yenidənqurulması layihəsi” çərçivəsində ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının
(SES-lə birlikdə) və Taxtakörpü-Ceyranbatan kanalının layihələndirilməsi və tikintisi üçün 2006-cı ildən Dövlət
Neft Fondundan müvafiq vəsait ayrılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci ilin
noyabrın 8-də su anbarının su elektrik stansiyası ilə birlikdə tikintisinin təməli qoyulmuş, Taxtakörpü su
anbarının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinə başlanılmışdır. Hazırda
tikinti işləri müvəffəqiyyətlə davam etdirilir.
Bununla yanaşı, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının
və Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı, Hacıqabul və digər rayonlarda çoxlu sayda
meliorasiya obyektlərinin tikintisinə başlanılmışdır.
Beynəlxalq təşkilatların ayırdığı kredit hesabına "II-İrriqasiya ” layihəsi çərçivəsində respublikanın
Goranboy, Quba, Sabirabad, Saatlı, Xaçmaz, Ağcabədi, Beyləqan, İmişli və Naxçıvan Muxtar Respublikasının
Babək rayonları ərazisində 51.559 hektar sahədə suvarma-drenaj şəbəkələrinin bərpası işləri davam etdirilmiş və
Bəhramtəpə Hidroqovşağının yenidən qurulması işləri cari ildə tamamlanmışdır.
Respublikamızın qərb bölgəsi üçün çox böyük əhəmiyyətli olan Şəmkirçay su anbarı kimi nəhəng bir
layihənin həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev 2009-cu ilin mayın 25-də
su anbarının təməlini qoymuşdur. Hazırda nəqledici tunel və sutullayıcı qurğularda tikinti-quraşdırma işləri
davam etdirilir.
Cari ildə obyekt daxilində mövcud Gəncə-Şəmkir şose yolundan tikinti meydançasına qədər uğunluğu
1581 kilometr asfalt örtüklü yolun, su anbarının nüvə tipli torpaq bəndinin və SES-in tikintisi üzrə hazırlıq işləri
tam başa çatdırılmış, tunelin və sutullayıcının giriş və çıxış hissələrində işlər yerinə yetirilmişdir. Yolun çəkilişi
Şəmkir rayonunun 25 min nəfərdən çox əhalisi olan Seyfəli kəndinin sakinlərinin rahat gediş-gəlişinə imkan
yaratmışdır.
Su anbarı və müvafiq suvarma şəbəkələrinin tikilməsi Şəmkir, Samux, Göygöl, Goranboy rayonlarında
50 min hektar sahənin su təminatını yaxşılaşdırmaqla bərabər, 20 min hektar yeni suvarılan sahələrin əkin
dövriyyəsinə daxil edilməsinə imkan verəcəkdir.
Allahverdi Əliyev
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC İmişli rayon şöbəsinin rəisi