"Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
"Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik, o cümlədən readmissiya haqqında Sazişi. Biz qaçqınların faciəsinə son qoymaq, Avropa İttifaqı ilə viza rejimini sadələşdirmək və Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqlarda yeni mərhələyə qədəm qoymaq əzmindəyik”, - deyə M.Çavuşoğlu bildirib.