Türkiyə Rusiya ilə hərbi əməkdaşlığa başlayır

Türkiyə İncirlik hərbi hava bazasını Rusiya üçün aça bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O bildirib ki, Türkiyə İŞİD-lə mübarizə mövzusunda Rusiya ilə əməkdaşlıq etməyə hazırdır və bu mövzuda Rusiya ilə razılıq əldə olunub: "İŞİD terror qruplaşmasına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Biz qruplaşmaya qarşı ilk vaxtlardan mübarizə aparırıq. Bildiyiniz kimi İŞİD-ə qarşı aktiv mübarizəyə qoşulmaq istəyənlər üçün İncirlik hava hərbi bazamızı açmışıq. Rusiya ilə eyni əməkdaşlığı niyə etməyək? Bu terror qruplaşması hamımızın düşmənidir və onunla mübarizə aparmaq lazımdır. Buna görə də, bu mexanizmlərin təkrar həyata keçirilməsi bölgə üçün də, terrorla mübarizə üçün də, hər hansı mənfi hadisənin baş verməməsi baxımından da olduqca önəmlidir. Bu mövzuda da Sergey Lavrovun dediyi kimi razılaşdıq”.

AzNews.az