Türkiyədə silah alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul polisi xüsusi əməliyyat çərçivəsində silah alverində şübhəli bilinən 87 nəfəri saxlayıb.
Əməliyyat zamanı mindən çox odlu silah aşkar edilərək müsadirə edilib. Saxlanılanlar arasında əcnəbilər də var. Lakin onların adı açıqlanmır.
Bundan başqa İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları Atatürk hava limanındakı terror aksiyası ilə bağlı Başakşehirdə əməliyyatlar keçirib. Nəticədə İŞİD-in Başakşehirdə özəyi aşkar edilib.
Qeyd olunub ki, partlayışı törədənlərlə əlaqəsi olan 11 nəfər İŞİD üzvü olan əcnəbi vətəndaş saxlanılıb.