Ülvi Quliyevdən bayram təbriki

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günür!
Bu tarix, vətən uğurunda tarix yazanların günüdür.
Bütün şəhidlərimizi hörmətlə yad edir, veteranlarımıza minnətdarlığımı bildirir və Vətənimizi qorumaq üçün həyatını riskə atan hərbiçilərimizin mərdliyi ilə fəxr edirəm!
Aprel zəfəri zamanı döyüş qabiliyyətini təsdiqləyən güclü ordumuz, əsgər və zabitlərimizin döyüş ruhu, vətən sevgisi sayəsində tezliklə Qarabağımızın azad olunması arzusu ilə bayramınız mübarək !


Ülvi Quliyev 
Milli Məclisin deputatı