Vətənpərvər QHT rəhbərindən Mətbuat işçilərinə təbrik!

Əziz və Hörmətli DəyərliKütləvi İnformasiya Vasitələrinin nümayəndələri!

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 137 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib. Dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan mətbuat, tarixinin böyük kəsimini – əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq həmişə sözünü deməyə çalışıb, mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvvəzsiz rol oynayıb. Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 25 ildə mətbuat çox böyük nailiyyətlər qazandı. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycan dövlətinin müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi. Azərbaycan mətbuat işçiləri,Azərbaycan Respublikasında Dövlət siyasətinin həyata keçirilməsində, Vətəndaşcəmiyətinin inkişafında,gənclər arasında vətənpərvərlik ruhunun aşılamasında, müstəqil ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin qurulması prosesində bilavastə yaxından iştirak edərək öz vəzifə borclarını vicdanla yerinə yetirirlər.

Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin numayəndələri, mütəmaddi olaraq Azərbaycanın yaxın və uzaq tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ilə əlaqədar həqiqətləri və erməni vəhşiliklərini və "qondarma erməni soyqırımının yalan vəifrat dərəcədə şişirdilmiş "olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələni dövlətimizdən əsirgəməmişdir.

2-5 aprel 2016-cı il tarixində mənfur düşmən tərəfindən baş vermiş hadisələrdə,Azərbaycan Silahlı Qüvvələri əsgərlərinincəbhədə əldə etdiyi nailiyyətlər və qələbədə hamı kimi, Siz mətbuatnümayəndələrinin də böyük əməyi vardır.Bu, Ordumuzun, eyni zamanda bütün xalqımızın qələbəsidir. Bu qələbədə gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən Siz mətbuatnümayəndələrinin dəəhəmiyyətli töhfəsi vardır.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib. Ulu Öndərin zamanında onun ən yaxın dostu ilk növbədəAzərbaycan Silahlı Qüvvələri əsgərləri vəKütləvi İnformasiya Vasitələrinin nümayəndələri olmuşdur. O, mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə də hər il, mətbuat nümayəndələrinin dostu adını qazanaraq, mətbuat işçilərinin sevimlisinə çeverilmişdi. Ulu Öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılaraq uğurla davam etdirilir.

Əziz və dəyərli mətbuat işçiləri!

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdanSizləri 22 iyul Milli Mətbuatımızın yaranmasının 141–ci il dönümü və Siz jurnalistlərini peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə yaradıcılığınzda yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

SƏRRAF ORUC, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti,