Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.
Bu barədə Sabahinfo.az müdafiə nazirliyinin mətbuat xidmətindən verilib.
Qeyd olunub ki, İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.
Qeyd edək ki, 9 ölkənin (Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.