19 yaşlı şəhidimiz dəfn olundu - FOTOLAR

Silahlı Qüvvələrin şəhid olan əsgəri Tahirli Natiq Namiq oğlu ata yurdu olan Lerikin Almu kəndində dəfn olunub.

Sabahinfo.az xəbər verir ki, yeddi ay əvvəl Bakının Nizami rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Natiq Tahirli Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də başından snayper gülləsi alması nəticəsində şəhid olub.

Şəhidimiz Goranboyun Tapqaraqoyunlu kəndində xidmət edib. Onun aprel döyüşlərində də qəhrəmanlıq göstərdiyi və buna görə, tərifnamə aldığı bildirilir. Şəhidin dəfn mərasimində bildirilib ki, Natiq həmişə hərbçi olmaq istəyib, hətta hərbi xidməti başa vurduqdan sonra da xidmətini orduda davam etdirmək istəyib.

Dəfn Mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edib. Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub./atv.az/