Prezidentbildirib ki, Azərbaycanın tərəqqisində alimlərin mühüm rolu var: "Yeni təhdidlər və təhlükələrin mövcud olduğu dünyada hər bir ölkənin öz resurslarına arxalanması vacibdir. Dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər neft-qaz amilindən asılılığını azaltmağa çalışır və buna nail olur. Əminəm ki, gələcək illərdə də ölkəmizin inkişafı davam edəcək. Növbəti illərdə də iqtisadi inkişafı dayanıqlı etmək istiqamətində çalışacağıq, heç kəsdən asılı olmamaq üçün öz daxili resurslarımızdan istifadə edəcəyik. Mən dünyadakı yeni vəziyyətlə əlaqədar alimlərimizi dəyərli təkliflərini verməyə çağırıram. Demoqrafik inkişaf əsas götürərək alimlərimiz indidən yeni strategiya üzərində işləməlidirlər. Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək. Kosmik sənayedə əməkdaşlıq dərinləşməlidir”.
**
Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.
Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.