"Mən Arif Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıram və ümid edirəm ki, daha çox, xüsusilə sağlamlıqları ilə bağlı narahatlıq olan məhbuslar tezliklə azadlığa buraxılacaq".
Sabahinfo.az xəbər verir ki, bu barədəAvropa Şurası Parlament Assambleyasının sədri Ann Brassörün bəyanatında deyilir. "Bununla yanaşı, Arif Yunus və digər hüquq müdafiəçiləri və jurnalistlərə bağlı məhkəmə prosesləri hələ də həll olunmayıb. Mən bir daha Azərbaycan rəhbərliyini Avropa İnsan Haqları Konvensiyası standartları vəAvropa Şurasıqarşısında götürdükləri öhdəlik və vəzifələri çərçivəsində hərəkət etməyə çağırıram",- deyə bəyanatda qeyd olunur.