"Azərbaycan bayrağı bütün işğal altında olan ərazilərimizdə dalğalanacaq"

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

Vətənimizin müdafiəçilərini, hərbçilərimizi, əsgərlərimizi , qazilərimizi , ordumuzun yaranmasında əməyi keçən hər kəsi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklə inanıram. Tezliklə Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan bayrağı bütün işğal altında olan ərazilərimizdə dalğalanacaqdır.

Allah Azərbaycanımızı, ordumuzu qorusun. Vətənimiz, Torpağlarımız uğrunda Şəhid olanlara Allah rəhmət eləsin.

İltizam Yusifov 
Milli Məclisin deputatı