"Azərbaycanın güclü nizami ordusu və qüdrətli Ali Baş komandanımız var"

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
Bu gün Azərbaycanın güclü nizami ordusu və qüdrətli Ali Baş komandanımız var. Azərbaycan xalqının hər bir nümayəndəsi ordumuzun gücünə inanır və əmindir ki, əsgərlərimiz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanacaq.
Bu bayram günündə hər birinizi təbrik edir, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza sevgi və sayğımız sonsuzdur.
Bayramımız mübarək!

Emin Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı