Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov "ATV maqazin Onlarla" verilişində şəxsi həyatından danışıb.
sabahinfo.az xəbər verir ki, birinci həyat yoldaşından boşanan aktyor onunla münasibətlərini davam etdirdiyini deyib:
"18 yaşında evlənmişəm. Bəlkə də 25 yaşında evlənsəydim, romantika yaşayardım. Amma həyatı sevirəm, həyat yoldaşımdan da sevə-sevə ayrılmışam. Bu gün də onunla münasibətlərimiz dost münasibətləri kimi davam edir. İkinci həyat yoldaşımla da sevərək evlənmişəm. Birinci xanımım ikinci həyat yoldaşımla dost münasibətlərindədir, rəfiqəlik edirlər. Uşaqlarım da ikinci həyat yoldaşıma ana deyə müraciət edirlər".
Qeyd edək ki, R. Rəhmanov 3 övladı - iki oğlu və bir qız atasıdır.