Birinci Avropa Oyunlarının məşəli regionları qarış-qarış dolaşdıqca, insanlara yeni ruh, yeni inam bəxş edir.
Çünki bu adi məşəl, alov şöləsi deyil, inkişafımızdan, mənəviyyatımızdan, müstəqilliyimizdən, aydın və düşünülmüş siyasətimizdən, dövlətimizə göstərilən etimaddan, etibardan güc alan nurdur, bir tarixdir.
Bu fikirləriMilli Məclisin (MM) deputatıTahir Rzayevdilə gətirib.
Onun dediyinə görə, bu məşəlin nuru təkcə Azərbaycan torpağını deyil, bütün Avropanı, dünyanın əksər ölkələrini işıqlandırır.
O, deyib ki, idman bayramı insanları, dövlətləri birləşdirir, mehribanlaşdırır, qüdrətimizi, imkanlarımızı, mədəniyyətimizi, qonaqpərvərliyimizi, nəyə qadir olduğumuzu ərzə bəyan edir.
T.Rzayevin sözlərinə görə, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbulundan sonra bu oyunlara hazırlıq tədbirlərinin tez bir zamanda yüksək səviyyədə təşkil edilməsi, idman meydançalarının beynəlxalq standartlara uyğun tikilib hazırlanması, təşkilati işlərin vaxtında görülməsi Azərbaycanın ən çətin vəzifələri yerinə yetirməyə qadir olduğunu sübut edir.
Deputat bildirib ki, Avropa Oyunlarının Azərbaycanın, xalqımızın imicinə verdiyi töhfələr, qürur, inam, şərafət yarışlara çəkilən xərclərdən qat-qat artıqdır.
"Minlərlə idmançının, on minlərlə əcnəbi qonağın, dövlət başçısının, siyasətçinin, jurnalistlərin, turistlərin ölkəmizin inkişafı, xalqımızın qonaqpərvərliyi, milli adət-ənənələrimiz, dəyərlərimizlə bağlı təəssüratları və bu təəssüratların dünyaya bəyan edilməsi, işıqlandırılması iqtisadi amillərlə, vəsaitlə ölçüyə gəlməz və gələn deyil. Buna görə də Birinci Avropa Oyunlarının dəyərini yalnız iqtisadi baxımdan qiymətləndirənlər yanılırlar.
Halbuki oyunların ölkəmizdə təşkili və keçirilməsi iqtisadiyyatımız üçün heç bir ciddi çətinliklər yaratmayıb. Əksinə bu iqtisadi imkanlarımızı artırmağa kömək edəcək. Bu oyunların ölkəmizdə keçirilməsinin mənəvi tərəfləri əhəmiyyətlidir. Azərbaycanın dünyada artan nüfuzunun və dövlətimizə göstərilən etimadın göstəricisidir.
Elə bilirəm ki, Azərbaycanı sevən hər bir insan bu etimaddan, inkişafdan qürur duyur. Tanınan, ucalan, şöhrətlənən, söz və nüfuz sahibi olan bir ölkənin vətəndaşı olduğu üçün fəxr edir. Birinci Avropa Oyunları məşəlinin regionları dolaşdığı günlərdə insanların keçirdiyi hislər, təşkil olunan yüksək səviyyəli qarşılanma mərasimləri, toy-bayram əhval-ruhiyyəli tədbirlər, deyilən xoş sözlər, söylənilən dəyərli fikirlər bunu deməyə əsas verir.
Xalqımız oyunların başlanılacağı anı səbirsizliklə gözləyir və bu anın tariximizin unudulmaz səhvlərindən biri olacağını Azərbaycanı sevən hər bir kəs daha yaxşı bilir"-deyə, T. Rzayev daha sonra sözlərinə əlavə edib.