Türkiyənin Zonquldağşəhərində qətl hadisəsi qeydə alınıb.
Sabahinfo.Az "gazetevatan"a istinadla bildirir ki, 63 yaşlıMəhəmməd Qısabaşından odunla vurularaq öldürülüb.
Məhəmməd Qısa ötən il yaşadığı evin tualetindən ölü halda tapılıb.Hadisədən sonra şübhəli kimi onun xanımıHüriyə Qısasaxlanılıb.
O, ötən gün ikinci dəfə məhkəməyə çıxarılıb.
Birinci ifadəsində "M. 11 il əvvəl bizim evə gəlin gəldi. O, gələndən sonra əriminmənə qarşı münasibəti dəyişdi. Tez-tez duş qəbul edirdi. Hadisənin baş verdiyi gün üst mərtəbədən səslər gəlirdi. Getdim baxdım, gördüm ki, ərim hamamdadır. Odunla başına vurdum, sonra da odunu yerə atdım", - deyən qadın ikinci dəfə məhkəməyə çıxarılan zaman ifadəsini dəyişib. O, ərini oğlunun öldürdüyünü iddia edib.
"Bir il əvvəl ərimlə gəlinimi tövlədə intim münasibətdəykən tutdum. Şok oldum. Axşam ərim də, gəlinim də mənə qarşı sərt davrandı. Ərimə "səhv yoldasan, başını əzərlər"dedim, gəlinim bıçaqla məni təhdid etdi. Bir neçə gün sonra oğlum da bu hadisədən xəbər tutdu. O, mənə dedi ki, atamı öldürəcəm, amma həbsə sən girərsən. Mən də dediyini etdim".
Araşdırma davam etdirilir.