"Ermənistanda özləri çalıb, özləri də oynayacaqlar"




Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan  İraq prezidenti Fuad Masumla keçirdiyi birgə mətbuat konfransında saxta "erməni soyqırımı"nı qeyd etmək üçün İrəvana gedənlərə sərt  ismarıclar göndərib.

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyənin  gündəminin dünyada sülh çağrışı olduğunu deyib.
 
"Ermənistanda bir araya gələcəklər, özləri çalıb özləri oynayacaqlar. Danışacaq, Türkiyəyə təhqirlər edəcəklər. 24 Apreldə biz də Çanaqqalada  bir araya gələcəyik, amma  bizim gündəmimizdə Ermənistan yoxdur . 23 apreldə İstanbulda biz dünya sülhündən  danışacağıq, bizim fərqimiz budur. Orada nə danışırlarsa danışsınlar, 24 Apreldə Türkiyəyə gələn 100-ə yaxın dövlət başçısı, baş nazir, nazirlər, səfirlər orada nə edəcəyimizi görəcəklər."


Türkiyənin 1915-ci il hadisələrinə dair dövlət arxivini açmağa hazır olduqlarını dəfələrlə dilə gətirdiyini vurğulayan Ərdoğan, bunları qeyd edib:
 
 "Avropa Birliyi bizim tərəfimizdən deyil. Ən son verdikləri açıqlama,da  arxivlərin açılmasını deyirlər. Mən 12 ildir ki, bu arxivləri hər an açmağa hazır olduğumuzu deyirəm. Ya bunların qulağı var, eşitmir və ya başqa şeylərlə məşğuldurlar. Biz arxivlərimizi açmağa hazırıq, Ermənistanın varsa arxivi, onlar da arxivlərini açsınlar".