"Formula-1"dən sonra müharibə olacaq - Düşmən


"Qarabağda yenidən qısa müddətli müharibə başlaya bilər. Hesab edirəm ki, döyüşlər yay aylarına təsadüf edəcək”

Sabahinfo.az xəbər verir ki, bunu erməni jurnalistlərə açıqlamasında ekspert Ara Papyan bildirib. 

Onun sözlərinə görə, 17-18 iyun tarixində Bakıda keçiriləcək "Formula-1” yarışlarından sonra müharibənin olacağı qaçılmaz görünür.

Erməni ekspertin sözlərinə görə, cəbhədə geniş miqyaslı deyil, 3-5 günlük toqquşmalar olacaq.
"Formula-1"dən sonra müharibə olacaq - Düşmən

Ara Papyanın fikrincə, Rusiya Qarabağda münaqişənin olmasına maraqlıdır. 

"Rusiya bununla Qarabağı Azərbaycana qaytarmağa və rəsmi Bakının Avrasiya İqtisadi İttifaqına üzv olmasına çalışır. Rusiyanın digər məqsədi Ermənistanı özündən asılı vəziyyətə salmaqdır”, - deyə erməni ekspert bildirib.