Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
sabahinfo.az xəbər verir ki, şəhid əsgərimiz N.Tahirlinin facebook sosial şəbəkəsindəki statusu ürək dağlayır. Şəhidimiz əsgərliyə getmədən öncə, "Biz olmasaq, bu Vətən də olmaz. Könüllü olaraq hamımız getməliyik" sözlərindən ibarət olub.
28 oktyabr 1997-ci ildə anadan olmuş Natiq bir müddət əvvəl məzuniyyətə gəlibmiş və Bakıda dostları ilə görüşüb. O, sosial şəbəkədə 18 aylıq hərbi xidmət dövrünü 18 illik ömrünün "sezon finalı" adlandırıb.
Şəhid Natiq Tahirlinin fotolarını təqdim edirik.