Müğənni Kərim Abbasov sosial şəbəkədə övladının ünvanına yazılan qarğışlara əsəbiləşib.
Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla”da bildirib ki, övladı günlərlə xəstə yatıb:
"Sosial şəbəkədə məni təhqir edənlərə bir status yazdım. Mən onu yazanda göz yaşı tökürdüm. Mənimlə işiniz olsun. Ailəmə toxunmayın. Ailəmə təhqir yazanın başını əzərəm. Ailə müqəddəsdir, ona dəymək olmaz. Aqressiyanı övladıma, valideynlərimə tökməyə ixtiyarınız yoxdur. Balama qarğış edirlər, ailəmə təhqir yazırlar. Xəstəlik uşağımdan əl çəkmir. Uşağımın şəklini İnstaqramda paylaşmağa peşman olmuşam. Ailəmi göstərirəm, nə pis hərəkət edirəm? Niyə ailəmi gizlədim?".