UEFA Gənclər Liqasında 3-cü turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, "Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da "Atletiko"lu həmyaşıdlarını qəbul edib.Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda "Çelsi”yə 0:5, ikinci oyunda isə "Roma"ya isə 0:3 hesabı ilə uduzub.
18 oktyabr
Gənclər Liqası
C qrupu, III tur
14:00. "Qarabağ” (Azərbaycan) – "Atletiko” (İspaniya) - 1:5
Qollar:Karlos İsaak, 8 (0:1), Yaroslav Deda, 18 (1:1), Klemento, 37 (1:2), Punal, 44 (1:3), 69 (1:4), Salido, 88 (1:5)
Baş hakim:Vitali Meşkov
Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
Bakı. "Qarabağ” stadionu
1. | Çelsi | 2 | 2 | 0 | 0 | 8: 1 | 6 |
2. | Atletiko | 3 | 2 | 0 | 1 | 8: 5 | 6 |
3. | Roma | 2 | 1 | 0 | 1 | 4: 2 | 3 |
4. | Qarabağ | 3 | 0 | 0 | 3 | 1:13 | 0 |