"Qəbələ"dən qələbə - 3:1

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilir.

 

Apasport.az saytının məlumatına görə, "Qəbələ” klubu qrup mərhələsinə gedən yoldakı son maneəni dəf etmək üçün Bakının "Dalğa Arena” stadionunda Sloveniyanın "Maribor” klubu ilə ilk qarşılaşmasına çıxıb.

 

Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlayıb. "Qırmızı-qaralar” pley-off mərhələsinin  ilk oyununda rəqibi üzərində üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

 

Oyunda qolları  Zenyov, Dabo və Tavares vurub.

 

Oyunu baş hakim Aleksey Kulbakov idarə edib.