"Receb İvedik- 5" -4 maydan Park Cinemada

Türkiyənin ən baxımlı filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən "Receb İvedik- 5" komediyası 4 maydan Park Cinema kinoteatrlar şəbəkəsində yayımlanacaq. Metropark, Park Bulvar, Flame Towers, Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışına da start verilib.

Sinopsis

Rəcəb İvedik məhəllə sakinlərindən olan İsmətin ailəsinə başsağlığı vermək üçün gedəndə arvadının əziyyət çəkdiyini görür və ona kömək etmək istəyir. Şofer İsmətin axırıncı vəzifəsini yerinə yetirmək üçün Nurullah ilə birgə yola düşürlər. Bu yolculuğun qısa olmasını guman edən Rəcəb, cavan idmançılardan ibarət Milli Klubu xaricdəki bir idman təşkilatına apardığını başa düşəndə, artıq hər şey üçün gec olur.

İdman təşkilatında iştirak edən klubun başına bədbaxt hadisə gəlir, işlər birbirinə qarışır və Rəcəb bu işin öhdəsindən gəlmək istəyir. Qazanmaqdan başqa çarəsi olmadığına inanan Rəcəb, hadisələri öz üsulları ilə həll etmək istəyəndə birbirindən gülməli vəziyyətlər baş verir.

Şahan Gökbakarın yaratdığı Rəcəb İvedik karakterinin beşinci məcarası yenə birbirindən əyləncəli hadisələrlə dolu, oxşarı olmayan bir komedya kimi tamaşaçılara təqdim edilir.