"Sürücülər, intizamlı olun!" - FOTOLAR

"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsini davam etdirir

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi iləBaş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, QHT-lərin və KİV nümayəndələrinin birgə iştirakı ilə Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda - Şirvan, Mingəçevir, Lənkəran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsinə uyğun olraq silsilə tədbirlər keçirməkdə davam edir.Sabahinfo.az "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Mətbuat Xidmətindənəldə etdiyi məlumata görə, tədbirin keçirilməsində məqsədvətəndaşların təhlükəsizliyini müdafiyə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil etmək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəstək verməkdir.
Layihə çərçivəsində 20-21-22-23 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının, QHT və KİV nümayəndələrinin birgə iştirakı ilə, Şirvan şəhərində mərkəzi yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomobil gözləmə dayanacaqlarındaSÜRÜCÜLƏR İNTİZAMLI OLUN!təhlükəsizlik günləri keçirib. Fondun prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, layihənin əsas məqsədi avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiə etmək, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə aparmaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir. Layihə çərçivəsində həmçinin, avtomobil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməkdaşlıq edərək onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və həmçinin avtomobil sosial sığorta idarələrində yaranmış problemlərlərinin həllinə hüquqi köməklik göstərməkdir.
Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenə də qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvlərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir. Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Yol hərəkət qaydalarını pozan sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.
Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın. Təsüflər olsun ki, hər gün "Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü”. Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.
Tədbirdə iştirak edən, Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin yol nəqliyat hadisələri üzrə müfəttiş polis kapitanı Mehdi Muxtarov həyata keçirilən layihə haqqında çıxış edərək bildirib ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır. "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsə də, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları, sürüçülər, piyadalar və şəhər ictimayyəti tərəfindən müsbət qarşılanıb.
Belə bir mühüm əhəmiyyətli "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsini maliləşdirib avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verdiyi üçün Şirvan şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Quliyevin adından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının rəhbəri Azay Quliyev başda olmaqla Şuranın butün əməkdaşlarına və layihəni həyata keçirən Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirib.
Şirvan şəhər Polis Şöbəsinin rəhbərliyinin tağşırığına əsasən, Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsinin Şirvan şəhərinin ərazisində uğurla həyata keçməsi üçün Yol Polis inispektorları və yol patrul nəqliyyat vastəsi ilə yaxından iştirak edərək öz köməkliymizi əsirgəməyəcəyik.
Ümüd edirik ki, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsi sahəsində görülən təbliğat-təşviqat işləri, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.