Bu gün Türkiyə mediasında Ayşəgül Yıldızın keçmiş həyat yoldaşı İbrahim 
Tatlısəs haqqında "O artıq qardaşımdır” deməsi ilə bağlı yayılan 
xəbərlər təsdiqini tapmayıb. Axşam.az "Hürriyət”ə istinadən xəbər verir 
ki, belə sözü heç vaxt demədiyini bildirən Ayşəgül onun başqasının 
uydurması olduğunu söyləyib: "15 ilimi birlikdə keçirdiyim və sevərək 
ailə qurduğum, üstəlik uşağımın atası haqqında "qardaşımdır” deyəcək 
qədər ağlımı itirməmişəm. Kiminsə sözlərini mənimki kimi yazmayın! 
Özünüzə sərf edənləri yazıb məni axmaq gündəminizə çevirməyin”.