"IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi tam təmin olunacaq”.
Bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu qeyd edib:
"IV İslam Həmrəyliyi Oyunları dövlət səviyyəsində keçirilir. Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi ili" elan edib. Dövlət üçün bu tədbirin əhəmiyyəti böyükdür. Tədbirin təhlükəsizliyi tam təmin olunacaq".