"Xalq da, peşəkarlar da, tamaşaçılar da şou-biznesdən narazıdır. 200 ifaçıdan 6-7 nəfər var ki, gələcəyi onlar quracaq”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev deyib.
O bildirib ki, bundan sonra heç bir şou-biznes nümayəndəsinin adını efirdə çəkməyəcək:
"Dəfələrlə tərifləmişəm, şişiblər. Şişib, qıcqıranlar var. Amma insanların gözü tərəzidir. Mənə müraciət edən olanda, məsləhət verirəm. Amma yuyulmamış çömçə kimi özümü ortaya atıb, məsləhət vermərəm. Keyfiyyət görmək istəyirəm. Ona görə də hər şeyin yaxşısını musiqiçilərə deyirəm”.
F.Ağayev sosial şəbəkədəki izlənmə sayından gileylənib:
"Biz idmançı deyil ki, 100 metr qaçdı, filan ağırlıq qaldırdı desinlər. Bu rəqəmlər heç nədir. Tarkan müqayisə olunmaz meqastardı. "Yolla” mahnısı ilə böyük yol qət etdi. Aleyna Tilki mahnısıyla ondan qat-qat çox səs topladı. O demək deyil ki, Aleyna Tarkandan güclü ifaçıdır. Onsuz avaraların sayı həmişə çox olur”.