Gitaraçı Əmrə Kula ilə adı eşq dedi-qodularına qarışan müğənni Sərtab
Ərənər yayılan xəbərlərin doğru olmadığını deyib. Axşam.az-ın Türkiyə
mətbuatına istinadən məlumatına görə, sənətçi bu cür şayiələri yayan
jurnalistlərə sitəm edib: "Sizin əlinizdən rahat gəzə bilmirəm. Küçəyə
çıxan kimi kameralarla arxamca düşürsünüz. 18 illik münasibətim bitib.
Sevgilim olsa, çəkinmədən əlindən tutub ortaya çıxaram. 5 ildir
həyatımda heç bir kişi olmayıb. Özüm üçün yaşamaq istəyirəm, artıq”.