AA seriyalı maşını sürən "qoçu" sürücü axtarılır

Bakıda qoçuluq edərək təhqir və təhdid edən AA seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb. Oxuculardan biri videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.

Videonu qeydə alan sürücü ona imkan verməyərək öz zolağı üzrə hərəkət etməyə başlayıb. Ona yol verilmədiyindən əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü, həmin avtomobilin sürücüsünə "lotusan sən"? "səninlə görüşəcəm"-deyərək ardıyca nalayiq söyüşlər söyməyə başlayıb.

Bu azmış kimi daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq həmin sürücünün hərəkətinə qəsdən mane olub.

Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil "İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC"-yə aiddir.

 

Təbriz